XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

KİV: İslandiyada keçirilən referendum Avropa İttifaqına siyasi zərbə vurdu
Dünya21:27 31.08.2026

KİV: İslandiyada keçirilən referendum Avropa İttifaqına siyasi zərbə vurdu

İslandiyada əhalinin əksəriyyəti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşı çıxıb.

Qaynarifno xəbər verir ki, Almaniyanın "Berliner Zeitung" nəşri referendumun nəticələrinin Aİ üçün ciddi siyasi zərbə olduğunu bildirib.

Nəşrin yazdığına görə, İslandiya mədəni baxımdan ittifaqın şimal ölkələrinə digər namizədlərdən daha yaxındır. Ölkə Aİ üçün ideal üzv və Arktikada nüfuz uğrunda mübarizədə mühüm müttəfiq ola bilərdi.

Lakin referendumun nəticələri göstərib ki, ada dövləti Brüsselin düşündüyündən daha az dərəcədə Aİ-yə ehtiyac duyur. Məqalənin müəllifinin fikrincə, siyasi blok islandiyalıları Avropa İttifaqına qoşulmağın faydalarına inandıra bilməyib.

Nəşr İslandiya ilə bağlı uğursuzluğun Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas üçün ciddi reputasiya itkisi olduğunu qeyd edib.

Avqustun sonunda İslandiyada keçirilən referendumda iştirak edənlərin 52,5 faizi Avropaya inteqrasiyanın davam etdirilməsinin əleyhinə səs verib. Seçicilərin 47,5 faizi isə Aİ ilə yaxınlaşmanı dəstəkləyib.

Referendumun nəticələrindən sonra İslandiyanın xarici işlər naziri Torqerdur Katrin Qunnarsdottir Aİ-yə üzvlüklə bağlı danışıqların davam etdirilməyəcəyini açıqlayıb.

NATO-nun Avropa Komitəsinin rəhbəri Günter Ferlinqerin sözlərinə görə, İslandiyanın Aİ-yə qoşulması ilə bağlı referendumun uğursuzluğu "Rusiya prezidenti Vladimir Putinin qələbəsidir".

Euractiv isə referendumun nəticəsini Brüsselin ittifaqın genişləndirilməsi planlarına "ciddi zərbə" kimi qiymətləndirib.

Aydın