Xəbər lenti

Kiyev Moskvaya on minlərlə rus əsgərinin cəsədini göndərəcəyinə söz verdi
Dünya12:22 24.04.2021

Kiyev Moskvaya on minlərlə rus əsgərinin cəsədini göndərəcəyinə söz verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak "Ukrayna 24” telekanalının efirində hədələyici açıqlama verib. 
Qaynarinfo xəbər verir ki, Şkiryak Ukrayna vətəndaşlarına ölkənin istənilən hücuma hazır olduğunu və Rusiyanın minlərlə, hətta on minlərlə əsgərini itirəcəyinə söz verib.
"Ukrayna vətəndaşlarını arxayın edirəm: Daxili İşlər Nazirliyinin bütün bölmələri genişmiqyaslı istila cəhdləri daxil olmaqla, hər hansı bir ssenariyə tam hazırdır”, - o deyib və bunun Moskva üçün əvvəlcədən itirilmiş bir əməliyyat olacağını bildirib. 
"Mənə inana bilərsiniz: minlərlə, hətta on minlərlə əsgərinin cəsədləri geri dönəcək və ya Ukrayna torpağında çürüyəcək", - deyən Şkiryak kinayəli və amansızcasına danışdığını, amma həqiqəti söylədiyini deyib.
O, eləcə də Daxili İşlər Nazirliyi əməkdaşlarının ölkəni Ukrayna Silahlı Qüvvələrinin silahdaşları ilə birlikdə qoruyacaqlarını və düşmənin bir qarış da olsun torpağı qoparmasına imkan verməyəcəyini qeyd edib.
Şkiryak əlavə edib ki, Rusiya imperiyanın bərpası kimi ütopik fikrə mübtəladır və o ölkədən hər şey gözləməyə dəyər.
Alpər