Xəbər lenti

Kiyev Rusiyanın raket zərbələrindən sonra necə görünür? (VİDEO/FOTOLAR)
Dünya06:21 11.10.2022

Kiyev Rusiyanın raket zərbələrindən sonra necə görünür? (VİDEO/FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna üçün genişmiqyaslı işğalın 229-cu günü, oktyabrın 10-da Rusiya Ukrayna ərazisinə 87 (!) raket və 24 pilotsuz uçan aparat ataraq ən azı 400 milyon dollar xərcləyib.
Bir neçə saatlıq kütləvi atəş nəticəsində Rusiya Federasiyası 14 nəfərin həyatına son qoyub, 90-dan çox insanı yaralayıb. Atışma nəticəsində 20-dən çox yaşayış məntəqəsində infrastruktura ziyan dəyib.
Raket zərbələrinin əhəmiyyətli hissəsi Kiyevə düşüb – paytaxtda 70-dən çox obyekt, o cümlədən təhsil müəssisələri, muzeylər və mühüm infrastruktur obyektləri zədələnib.
Kütləvi raket hücumundan sonra Kiyev necə görünür - "Ukrayna Pravda"nın xəbərində.
P.S. Videodakı bütün yerlər mülki və tanınan obyektlərdir. Video atəşdən bir neçə saat sonra yayımlanıb və məxfi məlumatları açıqlamır.
Alpər