Xəbər lenti

Kiyevdə azərbaycanlı döydüldü - Komaya düşdü
Dünya13:40 21.02.2014

Kiyevdə azərbaycanlı döydüldü - Komaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın paytaxtı Kiyevdə baş verən hadisələr zamanı azərbaycanlı iş adamı hücuma məruz qalaraq döyülüb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, hücuma məruz qalan şəxs əslən Azərbaycanın Masallı rayonundan olan Ukrayna vətəndaşı, 1966-cı il təvəllüdlü Behbud Yaqubovdur.

Hadisə ötən gün axşam Müstəqillik Meydanının (Maydan) yaxınlığında baş verib.

“Berkut” xüsusi təyinatlıları ilə etirazçılar arasında toqquşma zamanı oradan keçən B.Yaqubov dəyənəklə baş nahiyəsindən ağır zərbələr alıb.

Hazırda o, Kiyevdəki xəstəxanaların birində koma vəziyyətindədir, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qaynar.info