Xəbər lenti

Kiyevdə ölənlərin sayı 75-ə çatdı - CANLI YAYIM - YENİLƏNİB
Dünya20:44 20.02.2014

Kiyevdə ölənlərin sayı 75-ə çatdı - CANLI YAYIM - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın paytaxtı Kiyevdə baş verən iğtişaşlar zamanı ölənlərin sayı 75-ə çatıb, tibbi yardım üçün 570-dən çox insan müraciət edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

 Məlumata görə, ümumilikdə, tibbi yardımın alınması üçün 571 yaralı müraciət edib, onlardan 363-ü xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, 76 yaralının vəziyyəti ağırdır.  

23:56

Ukraynanın paytaxtı Kiyevdə baç verən iğtişaşlar zamanı ölənlərin sayı 67-yə çatıb.

Bu barədə Ukrayna Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

“Kiyev Administrasiyası Səhiyyə Departamentinin operativ məlumatına əsasən, kütləvi aksiyaların başladığı gün - fevralın 18-dən bu vaxtadək 64 nəfər həlak olub”, - deyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir. 

Kiyev Administrasiyası Səhiyyə Departamentinin saytında isə bildirilir ki, saat 15.00-a (17.00) olan məlumata əsasən, məhkəmə-tibbi ekspertiza bürosuna 67 cəsəd gətirilib./apa