Kiyevdəki toqquşmalarda hüquq-mühafizə orqanlarının 70-dən çox əməkdaşı xəsarət alıb. Musavat.com-un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə açıqlamanı Ukrayna DİN yayıb.Qarşıdurmanın 24 iştirakçısı xəstəxanalara müraciət edib.
***
19-01-2014; 23.35
Yanvarın 19-u axşam saatlarında Ukrayna prezidenti Viktor Ynukoviç Mejqoryedəki iqamətgahında "Udar" partiyasının lideri Vitali Kliçkonu qəbul edib. Bu məlumatı jurnalistlərə müxalifətçi siyasətçinin mətbuat katibi Oksana Zinoyeva verib.
Aksiya zamanı baş verənt toqquşmalarda isə bir neçə jurnalist də xəsarət alıb. Aksiyada saxlanılanlar var. Avromaydanın təşkilatçıları xalqı Maydandan çıxmamağa, polisləri isə güc tətbiq etməməyə çağırır. Aksiyaçılar hakimiyyətin su şırnağı maşınlarına "Molotov kokteyli" ilə dolu butulkalar tullayıblar. Hökumət etirazçılara qarşı daha bir su şırnağı vuran texnikanı Maydana gətirib.
Kiyev polisi Qruşevski küçəsində 4 nəfər aksiyaçını həbs edib. "Ria Novosti" Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, saxlanılanlar polis bölməsinə gətirilib. Güc strukturları həmin şəxslərin şəxsiyyətini, Ukrayna vətəndaşı olub olmadığını araşdırır. Polislər başqa ölkələrdən göndərilmiş xüsusi adamların iğtişaşlarda iştirak etməsindən şübhələnirlər. 23:10 radələrində atılan "Molotov kokteyl"indən biri Berkut əməkdaşının üstünə düşərək alovlanıb.
***
22:19
Avromeydan iştirakçıları "Berkut" xüsusi təyinatlılarının blokadasını yarmağa çalışır. Musavat.com Rusiya mətbuatına istinadən məlumat verir ki, müxalifətin təmsilçisi V.Kliçko Yanukoviçi
Çauşesku və Qəddafinin taleyini təkrar etməməyə çağırıb.
Ukraynanın paytaxtı Kiyevdə bu gün yerli vaxtla saat 18:00 radələrindən etibarən avrointeqrasiya tərəfdarları ilə polisin “Berkut” xüsusi təyinatlıları arasında qarşıdurma olub. Qarşıdurma paytaxtın mərkəzi küçələrində başlayıb və hələ də davam edir.
Axşam saatlarında Ukraynanın müxalifət liderlərinin Maydanda çıxışları başlayan zaman da insident yaranıb, onlara naməlum şəxslər tərəfindən hücum olub. “UDAR” Partiyasının lideri Vitali Kliçko çıxışı zamanı aksiyalarda hökumət tərəfindən qarşıdurmanın yaradılması ilə bağlı təxribat olacağı barədə xəbərlər aldığını deyib və etirazçıları təxribata getməməyə çağırıb. O, çıxışını bitirib tribunadan enəndə hücumə məruz qalıb. Onun tərəfdarları ilə hücum edənlər arasında əlbəyaxa dava düşüb.
Polis nümayişçiləri dağıtmaq üçün dəyənəkdən, qaz qumbarasından və su şırnaklarından istifadə edib. Aksiya iştirakçıları misilin mühasirəsini qırmaq üçün yandırılmış avtobusu qaldırmağa çalışırlar. Etirazçılara qarşı su şırnaqlarından istifadə edilir. Hadisə nəticəsində çoxlu sayda yaralının olduğu bildirilir. V.Kliçkonun və digər müxalif liderlərlərinin yüngül xəsarət aldığı da bildirilir. Kiyevdə xüsusi təhlükəsizlik tədbirləri görülüb, Nazirlər Kabineti, Ali Rada və Prezident Administrasiyası xüsusi təyinatlılar tərəfindən ciddi nəzarətə götürülüb.
Qruşev küçəsindəki daxili qoşunlar tərəfindən polis kordonları qarşısında isə minlərlə mitinqçi toplaşıb. Etirazçılar polis istehkamını yarıb hökumət məhəlləsinə girməyə çalışırlar. Vişnikov rəhbərliyi altında polislər evvelki günlərə nisbətən daha gücləndirilib. Mitinqçilər artıq bir neçə saatdır Marrinsk parkına keçməyə çalışırlar. Bu plan Avromaydanın təşkilatçıları tərəfindən düşünülüb. Bundan başqa mitinqçilər Ali Radaya (Ukrayna parlamenti) aşağı tərəfdən də yaxınlaşmaq istəyirlər. Parka keçməyə icazə almayan aksiyaçılar yolu kəsən texnikanı yoldan tərpədərək yolu açıblar. Daha sonra daxili qoşunlara aid avtobuslar və ağır texnikalar oradan uzaqlaşdırılıb.
***
Bu gün Kiyevdə keçirilən aksiyada qarşıdurma yaranıb. Qarşıdurma ərazisində polis avtobuslarından biri yandırılıb. Hər iki tərəf bir-birinə gözyaşardıcı qaz qumbaraları atıb. Ərazi bu tüstü dumanına bürünüb. Kiyevdə Nazirlər Kabinetinə və Ali Radaya yaxın olan "Dinamo" stadionunun yaxınlığında bir saata yaxındır ki, toqquşmalar davam edir.
10 minə yaxın nümayişçi xüsusi təyinatlıların müdafiəsini yarmaq istəyir. Naməlum şəxslər tüstü şaşkaları atırlar. Onların arasında ələrində dəyənək olan dəbilqəli və maskalı insanlar çoxdur.
Əgər polisin həyatına təhlükə yaransa, DİN-də silah tətbiqini istisna etmirlər. Bu haqda AzadlıqRadiosunun müxbiri xəbər verir. UDAR parlament fraksiyasının lideri Vitali Klichko etirazçılar sakitləşdirrməyə, təxribatlara yol verrməməyə çağırır.
Qeyd edək ki, Kiyevdəki Müstəqillik meydanında keçirilən aksiyada müxalifət liderləri yaxın vaxtlar üçün Fəaliyyət Planını elan edib.
Plana görə, Xalq Radasının (Ali Radaya alternativ) yaradılması nəzərdə tutulur. Daha sonra Xalq hökuməti yaradılacaq ki, bu da Ukraynanı Avropa Birliyinə aparacaq. Bundan başqa, plan Ukraynanın yeni Konstitusiyasının qəbulunu və indiki dövlət başçısı Viktor Yanukovichə inamsızlıq göstərməyi nəzərdə tutur.
Müxalifət yanvarın 16-də Ali Radada qəbul olunan vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırmağa yönəlmiş qanunlar paketini "hakimiyyətin qəsbi” adlandırıb.
Yeni qanuna görə, yüksək məbləğdə cərimə nəzərdə tutulmasına baxmayaraq, bu günkü mitinqə 100 mindən çox adam iştirak edib. Onların çox dəbilqələrdə və maskada olublar.
Mitinqdən sonra Avromeydan iştirakçıları yeni qanuna etiraz olaraq piket keçirmək üçün Ali Padanın binasına doğru yürüş ediblər.
Yanvarın 17-də Ukrayna prezidenti Viktor Yanukovich hökumət əleyhinə etirazların keçirilməsi qaydalarını sərtləşdirən qanun imzalayıb.
ABŞ və Avropa Birliyi ölkələri qanunu anti-demokratik adlandırıb.
Qaynar.info