Xəbər lenti

Kiyevdə qırğın başladı: 6 milis öldü, 200 yaralı - CANLI YAYIM+YENİLƏNİB
Dünya21:03 18.02.2014

Kiyevdə qırğın başladı: 6 milis öldü, 200 yaralı - CANLI YAYIM+YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kiyevdəki toqquşmalarda 200-dən çox adam xəsarət alıb. 

Musavat.com-un Kiyev administrasiyasının saytına istinadən verdiyi məlumata görə, 110 nəfər xəstəxanaya yerləşdirilib.

Son məlumata görə, qarşıdurmalar zamanı 6 milis əməkdaşı ölüb.

***

Kiyevin mərkəzində baş vermiş toqquşmalar zamanı xəsarət alanların sayı 185-ə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kiyev Administrasiyasının rəsmi saytında bildirilir.  

“Kiyev Administrasiyası Səhiyyə Departamentinin fevralın 18-i saat 20.00-a olan məlumatına əsasən, saat 12.20-dən tibbi yardım almaq üçün kütləvi aksiyaların 185 iştirakçısı səhiyyə müəssisələrinə müraciət edib. Onlardan 89 nəfər xəstəxanalara yerləşdirilib”, deyə məlumatda bildirilir.    

Qaynar.info