Bu gün Köln şəhərinin 6500 sakini təxliyyə ediləcək.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb bölgədə İkinci Dünya Müharibəsi zamanından qalan ingilis bombasının tapılması olub.
Yerli administrasiyanın açıqlamasına görə, bombanı cümə günü zərərsizləşdirmək planlaşdırılsa da, iş şənbə gününə qədər ertələnib. Təxliyyə işlərinə yerli vaxtla saat 8-də başlanılacaq.
Bomba Zolştok ərazisində tikinti işləri aparılan zaman, təhlükəli maddələrlə dolu 30-a yaxın vaqonun olduğu yerdə tapılıb.