Ermənistanın ikinci prezidenti Robert Köçəryan "Müqavimət” müxalifət hərəkatının iflasa uğradığına inanmır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Ermənistan” məlumatında
deyilir.
Çərşənbə axşamı Ermənistanın ikinci prezidenti Fransa meydanında mitinqdən sonra başlayan müxalifət yürüşündə iştirak edib.
Əvvəlcə jurnalistlərin suallarına cavab olaraq Köçəryan müsahibə vermək fikrində olmadığını bildirib. Ondan hərəkatın strategiyasını dəyişdirməsinin səbəbini soruşduqda, o, belə cavab verib: "Siz (hərəkatın koordinatoru İşxan Saqatelyanın çıxışı – red.) qulaq asmadınız? Mən qulaq asdım və başa düşdüm”.
Başqa bir jurnalist birbaşa eks-prezidentdən "hərəkatın uğursuzluğunun” səbəbini soruşub.
Köçəryan buna belə cavab verib:
"Bunu siz belə düşünürsünüz”.
Bundan əvvəl "Müqavimət” hərəkatının koordinatoru İşxan Saqatelyan siyasi mübarizə mexanizmlərinin dəyişdirilməsi və Fransa meydanında çadırların sökülməsi qərarını açıqlayıb. Onun sözlərinə görə, həftəlik tədbirlər, o cümlədən küçə etirazları, peşəkar müzakirələr, ictimaiyyət nümayəndələri ilə görüşlər davam etdiriləcək. Mitinqlər, yürüşlər və küçə aksiyaları ən azı həftədə bir dəfə keçiriləcək. "Artsax”da və diaspora da daxil olmaqla regional mübarizə mərkəzləri yaradılacaq.
Alpər
Şərhlər