Venesuelanın Koxedes ştatında göyərtəsində 1 tona yaxın narkotik maddə olan təyyarə qəzaya uğrayıb. Anspress-in məlumatına görə, ölkənin daxili işlər və ədliyyə naziri Nestor Reverol bildirib.
Hadisə yerində 3 nəfərin meyidi və 1 tona yaxın kokain aşkarlanıb. Mafioz qruplaşmalar təyyarədən narkotik maddələrin daşınması üçün istifadə etdikləri ehtimal edilir.
Hazırda polis qəzanın başvermə səbəbləri və təyyarənin sahibinin müəyyən edilməsi istiqamətində araşdırma aparır.
Qaynar.info