UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Ukrayna təmsilçisi "Dinamo"ya (Kiyev) uduzub.
Qaynarinfo-nun məlumatına görə, "Lublin Arena" stadionunda keçirilən qarşılaşmada rəqib 1:0 hesablı qələbəyə sevinib.
10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.
Ağdam təmsilçisi görüşü 10 nəfərlə başa vurub. 90-cı dəqiqədə Cebrail Makreçkis qırmızı vərəqə ilə cəzalanaraq meydandan qovulub.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyun
6 iyul
21.00 Dinamo (Kiyev, Ukrayna) - Qarabağ (Azərbaycan) 1:0
Qol: Matvey Ponomarenko, 10.
Dinamo: Vyaçeslav Surkis, Aleksey Siç, Tomaş Kendzyora, , Taras Mixavko, Vladislav Dubinçak (K), Vladimir Brajko, Valentin Rubçinskiy, Eduardo Qerrero, Castin Lonveyk, Boqdan Reduşko, Matvey Ponomarenko.
Qarabağ: Mateuş Koxalski, Mateus Silva, Bense Varkonyi, Jali Muaddib, Marko Yankoviç, Abdullah Zubir (K), Aleksey Kaşuk, Cebrail Makreçkis, Renaldo Sefas, Pedro Bikalyo, Elvin Cəfərquliyev.
Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skite, Yakob Karlsen (Danimarka).
VAR: Yakob Karlsen (Danimarka).
AVAR: Yens Maye (Danimarka).
Polşa: Lublin Arena.
Şərhlər