Xəbər lenti

Konfrans Liqasında qrup mərhələsinin püşkatması keçiriləcək
İdman05:44 26.08.2022

Konfrans Liqasında qrup mərhələsinin püşkatması keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Qaynarinfo xəbər verir ki, mərasim Türkiyənin İstanbul şəhərində Bakı vaxtilə 16.30-da başlayacaq. 32 komanda püşkatmadan öncə 4 səbətə bölünüb.
1-ci səbət: "Vilyarreal" (İspaniya), "Bazel" (İsveçrə), "Slaviya" (Praqa, Çexiya), "AZ Alkmaar" (Niderland), "Gent", (Belçika), "Başakşehir" (Türkiyə), "Partizan" (Serbiya), "Vest Hem" (İngiltərə)
2-ci səbət: ÇFR, "Styaua" (hər ikisi Rumıniya), "Molde" (Norveç), "Fiorentina" (İtaliya), "Köln" (Almaniya), "Hapoel" (Ber-Şeva, İsrail), "Apollon" (Limassol, Kipr), "Slovan" (Bratislava, Slovakiya)
3-cü səbət: "Nitsa" (Fransa), "Anderlext" (Belçika) "Jalgiris" (Litva), "Austriya" (Vyana, Avstriya), "Harts" (Şotlandiya), "Şemrok Rovers" (İrlandiya), "Sivasspor" (Türkiyə), "Vaduts" (Lixtenşteyn)
4-cü səbət: "Dnepr-1" (Ukrayna), "Lex" (Polşa) "Slovaçko" (Çexiya), "Silkeborq" (Danimarka), "Yurqorden" (İsveç), "Pünik" (Ermənistan), RFŞ (Latviya), "Balkani" (Kosovo)
Qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.
Səbuhi Həsənov