Konqo Demokratik Respublikasında 8 qadın cadu etməkdə günahlandırılaraq diri-diri yandırılıb.
Qaynarinfo "The Guardian”a istinadən xəbər verir ki, bu barədə yerli hüquq müdafiəçiləri bildirib.
Nəşr hüquqşünaslara istinadən yazır ki, ümumilikdə 2021-ci ilin iyun ayından sentyabr ayına qədər 300-dən çox qadın cadu etməkdə ittiham olunur. Bu halda "ifritə ovu” yerli sakinlər tərəfindən həyata keçirilir. Sakinlər 8 qadını tutub yandırıblar.
"Belə hallarda cinayəti törədənləri tapmaq asan deyil - cəmiyyət liderləri yanğında iştirak edənləri ört-basdır edir”, - deyə media sosiologiya professoru Bosco Muchukivadan sitat gətirib.
Xəyal Abdullayev