
Məşhur repçi Snup Doqun Nyu Cersi ştatının Kamden şəhərindəki konsertində dəmir barmaqlıqlar tamaşaçıların üzərinə aşıb.
Qaynarinfo.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisədən sonra böyük izdiham yaşanıb və bu zaman 42 nəfər xəsarət alıb.
Yaralılar yaxınlıqdakı 5 xəstəxanaya yerləşdirilib.
Gözlənilməz hadisə səbəbindən konsert yarımçıq dayandırılıb.