COVID-19 koronavirusu insandan insana 4 metr məsafədə ötürülə bilər.
Qaynarinfo xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş sərbəst epidemioloqu Nikolay Briko Rusiya 24 televiziya kanalının efirində açıqlayıb.
O, əlavə edib ki, aerozollarda koronavirus yarım saat, bəzən 2-3 saat ərzində canlı qalır, ancaq əşyaların səthində bir neçə günə qədər də qala bilər. Brikonun qeyd etdiyi kimi, bu məqama da xüsusi diqqət yetirilməlidir ki, koronavirusun qripdən daha çox təhlükəli olması onun yalnız hava damcıları ilə deyil, təmas yolu ilə də ötürülməsidir.
Alpər