Xəbər lenti

Koronavirus mutasiyaya məruz qalıb: 3 növü var
Dünya13:35 11.04.2020

Koronavirus mutasiyaya məruz qalıb: 3 növü var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın yeni növ koronavirusla mübarizə etdiyi bir dövrdə viusun mutasiyaya məruz qalaraq, 3 fərqli forma qazandığı məlum olub.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın Kembric Universitetinin Kovid-19-un keçmişini ortaya çıxarmaq üçün aprdığı araşdırma zamanı virusun 3 fərqli şəkildə mutasiyaya məruz qaldığı öyrənilib. Dekabr-mart aylarına aid virus nümunələri araşdırılarkən, məlum olub ki, virusun heyvanlardan insanlara keçən orjinal A tipi hazırda əsasən ABŞ və Avstraliyada yayılıb.
İlginc olan tərəfi budur ki, mütəxəssislərin fikrincə Çində epidemiyanın pik dövrlərində yayılan isə mutasiyaya məruz qalmış B tipi olub.
Bundan başqa araşdırma zamanı ABŞ-da müşahidə ediən "Tip A" koronavirusuna yoluxmaların Nyu-Yorkdan deyil, daha çox Kaliforniya ştatında gəldikləri məlum olub. Araşdırmalara görə, Almaniya, Fransa, Belçika, Hollandiya və İsveçrədə "Tip B" koronavirusu yayılıb. Bu növdən törəyən "Tip C" isə əsasən Sinqapur kimi ölkələrdə müşahidə edilir.
Alimlər hesab edir ki, koronavirus fərqli ölkələrdə insanların immun sistemindən asılı olaraq mutasiyaya məruz qalır.
Camal