Xəbər lenti

Koronavirus uşaq və yeniyetmələrə nadir hallarda təsir göstərir - Statistika
Dünya08:11 05.03.2020

Koronavirus uşaq və yeniyetmələrə nadir hallarda təsir göstərir - Statistika

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni koronavirus nadir hallarda uşaqlar və yeniyetmələrə təsir göstərir. 
Qaynarinfo xəbər verir ki, buna Çin Xalq Respublikasın Xəstəliklərə nəzarət və qarşısının alınması Mərkəzinin məlumatları əsasında hazırlanmış statistika sübutdur.
Mütəxəssislər 11 fevral 2020-ci ilədək olan dövrdə Covid-19 hadisələrinin 70 mindən çoxunu araşdırıb. Beləliklə, araşdırmadan sonra məlum olub ki, sıfır yaşdan on yaşa və on yaşdan 19 yaşa qədər olan yaş kateqoriyasından olanlar ümumi yoluxanların yüzdə birini təşkil edir.
Seçenov Universitetinin E.İ.Martsinovski adına Tropik və Vektorla Xəstələnən Tibbi Parazitologiya İnstitutunun direktoru Aleksandr Lukaşevin sözlərinə görə, bu məsələnin ətraflı şəkildə araşdırılması lazımdır.
"Bu virusun həqiqətən uşaqlar üçün çox təhlükəli olmadığı mümkündür, lakin bu günə qədər bu mövzuda kifayət qədər məlumat yoxdur" deyə mütəxəssis qeyd edib.
Nijni Novqorod Dövlət Universitetinin Biologiya və Biotibbi İnstitutunun direktoru Mariya Vedunovanın sözlərinə görə isə, uşaqlar və yeniyetmələr həqiqətən də yeni koronavirusdan daha yaxşı qorunurlar. Direktor deyir ki, daha çox yaşlı insanlar risk altındadır.
"İnsan immun sistemi yaşla zəifləyir və infeksiyalara daha həssas olur. Xroniki xəstəliklərin olması tez-tez ağırlaşmalara səbəb olur", - Vedunova deyib.
H-Klinika RUDN Universitetinin yoluxucu xəstəliklər şöbəsinin müdiri Danila Konnovanın sözlərinə görə, koronavirus anadan uşağa keçə bilər, lakin bu, olduqca nadir hadisədir:
"Plasenta körpəni ana infeksiyalarından qoruyan unikal bir orqandır. Bir qadın doğuşdan dərhal əvvəl koronavirusa yoluxursa və patogen ifrazı hələ qalırsa, doğuşdan dərhal sonra körpəsiylə kontakt qurduğu halda körpəni yoluxdura bilər".
Xatırladaq ki, dünyada koronavirus xəstəliyinə yoluxanların ümumi sayı 93 088 nəfərdir, onlardan 3203 nəfəri dünyasını dəyişib. Xəstələrin əksəriyyəti Çin, Cənubi Koreya, İtaliya və İranda qeydə alınıb.
Yeni koronavirusun əsas simptomları quru öskürək və temperaturdur, baxmayaraq ki, bəzən xəstəlik simptomlar olmadan davam edə bilər. Kəskin formalarda Covid-19 nəfəs darlığı ilə müşayiət olunur.
Alpər