Pekində ən böyük topdansatış bazarında yenidən peyda olması ilə əlaqədar koronavirusun daha da yayılması riski çox yüksək olaraq qəbul edilib.
Qaynarinfo xəbər verir ki, bunu paytaxt rəhbərliyinin mətbuat xidmətinin rəhbəri Syu Hetzyan açıqlamasında deyib.
O, qeyd edib ki, hakimiyyət ən qətiyyətli tədbirlər görmək, bazarda və ətraf ərazilərdə hərtərəfli epidemioloji araşdırma aparmaq, yoluxma mənbəyini tapmaq və yoluxma baş verən ərazilərdəki insanlardan testlər almaq niyyətindədir.
Xatırladaq ki, bazar ertəsi günü Hebey əyalətinin 11 milyon əhalisi olan Baodin şəhərində topdansatış bazarında COVID-19-un yenidən alovlanmasından sonra hərbi vəziyyət elan edilib. Bu, hərbi vəziyyət elan edilən ikinci şəhərdir.