Xəbər lenti

Koronavirusa yoluxan Tramp səlahiyyətlərini kimə verəcək?
Dünya09:04 02.10.2020

Koronavirusa yoluxan Tramp səlahiyyətlərini kimə verəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Donald Trampın karantin altında ölkəni idarə edəcəyinə inanıram.

Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, bu sözləri Ağ Evi rəhbərini müalicə edən həkim Şon Konli deyib.

"Əmin olun ki, prezidentin koronavirusdan sağalana kimi vəzifəsini fasiləsiz icra edəcəyini hesab edirəm", - həkim bildirib.

Ağ Evin sözçüsü, prezidentin səlahiyyətlərini vitse-prezident Maykl Pensə verəcəyini də təkzib edib.

Xatırladaq ki, dövlət başçısı və birinci xanım Melaniya Trampın koronavirusa yoluxması bu gün məlum olub. Cütlük özlərini təcrid edib, hazırda özlərini yaxşı hiss edirlər. Onların hər ikisində virus Trampın məsləhətçisi Houp Hiksdə koronavirus aşkar edildikdən dərhal sonra aşkarlanıb.

Qeyd edək ki, Trampın noyabr seçkilərindəki rəqibi Demokrat Cozef Bayden hər həftə koronavirus testindən keçir.

Alpər