Xəbər lenti

Koronavirusa yoluxanların sayı 300-ü ötdü
Sağlamlıq12:44 21.07.2022

Koronavirusa yoluxanların sayı 300-ü ötdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 305 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, 2 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 795 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 356 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 410 aktiv xəstə var. Bu günə qədər 9 729 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 484, bu günə qədər isə ümumilikdə 7 015 080 test icra olunub.
Bu gün 2 232 nəfər vaksinasiya olunub.
Gün ərzində birinci doza vaksinlərin sayı 424, ikinci doza vaksinlərin sayı 156 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 383-dir. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 269 olub.
Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 798 492 təşkil edir.