Xəbər lenti

Koronavirusla bağlı önəmli araşdırma: virus harda nə qədər yaşayır?
Dünya06:04 19.03.2020

Koronavirusla bağlı önəmli araşdırma: virus harda nə qədər yaşayır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tədqiqatçılar dünyanın əsas gündəmi olan koronavirusla bağlı önəmli araşdırmaya imza atıblar.
Qaynarinfo xəbər verir ki, "Amerikan New England Journal of Medicine" dərgisində yayımlanan araşdırmaya görə, yni növ koronavirus (Kovid-19) mis üzərində 4 saat, plastik və polad üzərində 2-3 gün, kardonda isə 24 saata qədər yaşaya bilir. Həmçinin insan asqıranda aerozol kimi havaya yayılan damlalar da 3 saata qədər havada qala bilir. Bu da xəstəliyin nə üçün bu qədər yoluxucu olduğunu göstərir.
Mütəxəssislər bu səbəbdən xəstəliyə yoluxan insanlarla təmas edilməməsini tövsiyə edir, asqırarkən ağzı dəsmalla bağlamağı və daha sonra həmin dəsmalı atmağı məsləhət görürlər.
Camal