Braziliyanın hazırkı prezidenti Jair Bolsonaro prezident seçkilərində braziliyalıların Lula adlandırdığı Luiz İnasio Lula da Silvaya uduzub.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat
yayıb.
Səslərin 98%-i hesablandıqdan sonra Bolsonaro 49,17%, Luiz İnasio Lula da Silva isə 50,83% səs toplayıb.
Builki seçkilər braziliyalılar arasında şiddətli qütbləşmə dövründə baş tutub. Ölkə hazırda yüksək inflyasiya, məhdud iqtisadi artım və artan yoxsulluqla mübarizə aparır.
Lula da Silva 2003-2006 və 2007-2011-ci illərdə iki müddət prezident olub. 2017-ci il iyulun 12-də o, korrupsiya ittihamı ilə 9,5 il müddətinə azadlıqdan məhrum edilib, lakin 2021-ci ildə məhkəmə ona bəraət verib.
Nizami Bağırov