Dünya 16:56 07.12.2022

Kosovonun şimalındakı vəziyyət partlayış səviyyəsindədir - Serbiya müdafiə naziri

Serbiyanın müdafiə naziri Miloş Vuçeviç Kosovonun şimalında və Metohiyada vəziyyətin gərginləşməsindən ehtiyat edir. Onun sözlərinə görə, orada vəziyyət partlayış səviyyəsindədir və serblərin Kosovoda xoş qarşılanmadığını göstərir.

"Kosovo və Metoxiyadakı atmosfer o qədər partlayış səviyyəsində və gərgindir ki, hər şeyin partlaması və arzuolunmaz istiqamətə getməsi üçün bir kibrit kifayətdir", - Vuçeviç Prva kanalına müsahibəsində deyib.

Nazir əmindir ki, Priştinanın hərəkətləri yerli serblər üçün "aydın siqnaldır”. "Bu, onun [Kosovonun baş naziri Albina Kurti — red.] administrasiyasının mütəşəkkil terroru və onun Kosovoda tam etnik təmizləmə siyasətidir”, - deyə Miloş Vuçeviç bildirib.

Serbiya və Kosovo arasında münaqişənin kəskinləşməsi iyul ayında Priştinanın Kosovonun şimal hissəsinin sakinləri üçün Serbiyada verilmiş avtomobil nömrələrini və şəxsi sənədləri dəyişdirmək qərarı ilə bağlı baş verib. Bu, etirazlara səbəb olub və qadağa noyabr ayına qədər təxirə salınıb. Ayın sonunda Kosovo məhdudiyyətlərin tətbiqindən imtina edib. Dünən, dekabrın 6-da Serbiya prezidenti Aleksandr Vuçiç Kosovo xüsusi təyinatlıları ilə serb sakinləri arasında toqquşmaların baş verdiyini açıqlayıb.

Nizami Bağırov