Britaniya kral ailəsinin üzvlərinə Ukraynada müharibə başlayandan sonra Rusiya səfirliyi ilə əlaqə saxlamamaq tövsiyə edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin
bildirib.
"Mən bilirəm ki, kral ailəsinin üzvlərinə Rusiya səfirliyini dəstəkləməmək və ya onlarla əlaqə saxlamamaq tövsiyə olunur", deyə səfir "İzvestiya"ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar fonunda diplomatlar arasında təmasların sayı azalıb: "Avropa İttifaqında təmasları minimuma endirmək üçün kollektiv qərar qəbul edilib".
Nizami Bağırov