Xəbər lenti

Krala maşın çatmadı, otellər çaş-baş qaldı - FOTOLAR
Dünya17:04 13.03.2017

Krala maşın çatmadı, otellər çaş-baş qaldı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz iki həftə əvvəl başladığı Uzaq Şərq turu çərçivəsində Tokioya gedib. 
"Qaynar" cebhe.info-ya istinadən xəbər verir ki, Kral Salman Tokiodakı Haneda Hava Limanında yapon Vəliəhd Şahzadə Naruhito tərəfindən qarşılanıb. 
Uzaq şərq səyahətinə onlarca şahzadə və nazirlə birlikdə 26 fevralda Malayziyadan başlayan kralın yanında yüzlərlə səlahiyyətli şəxs də var. Yapon mediasında yer alan xəbərlərə görə, Tokiodakı otellərdə Səudiyyə nümayəndə heyəti üçün 1000 otaq ayrılıb, şəhərdəki lüks avtomobil sayının yetərsiz qalması səbəbilə ətraf şəhərlərdən də maşın icarəyə götürüldüyü qeyd olunub. Yaponiyaya 1971-ci ildən bu yana səfər edən ilk Səudiyyə Kralı olan Salman Tokioda İmperator Akihito və Baş nazir Şinzo Abe ilə görüşüb.
Yaponiya rəhbərliyi Salmanı vəliəhd kimi 2014-cü ildə də qəbul etmişdi. Dünyanın ən böyük üçüncü iqtisadiyyatı, Yaxın Şərq neftinə asılı vəziyyətdə olan Yaponiyanın ən böyük neft tədarükçüsü mövqeyində Səudiyyə Ərəbistanı yer alır. Neft ixracatına asılılıqdan xilas olmaq məqsədilə uzunmüddətli iqtisadi transformasiya proqramı tətbiq edən Ər-Riyad rəhbərliyi isə enerji, qeyri-neft sektorunda Yaponiyanı ideal kapital və texnologiya mənbəyi kimi görür. 
Malayziyadan sonra İndoneziya və Bruney səfərlərini başa vuran Kral Salman izdihamlı heyəti və yüzlərlə tonluq baqaj yüküylə çərşənbə günü Çinə keçməsi gözlənilir. 
Qaynar.Az