Sasseks Şahzadəsi Harri və Hersoginya Meqan Markl "@sussexroyal" adlı "Instagram" səhifəsini təqdim edib.
Qaynarinfo xəbər verir ki, hesab açılandan sonra 24 saat ərzində 2 milyondan çox istifadəçi tərəfindən izlənilib.
Harri və Meqanla bağlı məlumatlar daha əvvəl "@kensingtonroyal" hesabında yayımlanırdı. Qısa müddət əvvəl cütlüyün şəxsi məsləhətçi və sosial media qrupunun olacağı açıqlanmışdı.
Aprel ayında ilk övladları dünyaya gələcək Şahzadə Harri və Meqan Markl ötən aylarda Kensinqton Sarayını tərk edərək Kraliça Elizabetin hədiyyə etdiyi "Frogmore House"a köçmək barədə qərar qəbul edib. Cütlüyün Şahzadə Vilyam və onun həyat yoldaşı Keyt Midltonla ayrı sosial media hesabı açmaları və Sarayı tərk etmələri Meqan və Keyt arasındakı gərginliklə əlaqələndirilir.
Gülşən