Xəbər lenti

Kreditlərini ödəmək üçün orqanlarını satırlar- Ukraynada
Dünya14:17 11.11.2014

Kreditlərini ödəmək üçün orqanlarını satırlar- Ukraynada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynada baş verən siyasi böhranla əlaqədar iş yerlərini itirən ukraynalılar borclarını ödəyə bilmək üçün orqanlarını satmağa başlayıblar. 

“Qaynar.info” Rusiya KİV-nə istinadən xəbər verir ki, son vaxtlar internetdə daxili orqan satışını əks etdirən elanlara tez-tez rast gəlinməyə başlayıb. Daha çox böyrək satışı ilə bağlı elan yerləşdirənlər isə 19-45 yaş arası ukraynalılardır. 

Elanların yerləşdirildiyi forumlarda gələcək donorlar qiyməti aşağı salmağa da razı olduqlarını bildirirlər. Onlar potensial alıcıları ancaq gecələr olmaqla istənilən vaxt görüşməyə hazır olduqlarını deyirlər. 

Donorlardan birinin sözlərinə görə, o, qrivnanın kursunda ciddi eniş yaşandıqdan sonra biznesini itirdiyi üçün böyrəyinin dəyərini 35 min dollardan 20 minə endirməyə razılaşmaq məcburiyyətində qalıb: “Mən ya ailəmi xilas etməliyəm, ya da sağlamlığımı, lakin doğmalarım daha vacibdir. Üstəlik mənim iki uşağım var”. Donorun sözlərinə görə, həyat yoldaşı necə ciddi bir qərar verdiyinin fərqindədir və onun təşəbbüsünü dəstəkləyir.

Qaynar.info