Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynanın BMT və Beynəlxalq Qırmızı Xaç nümayəndələrini Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olan Kursk vilayətinin yaşayış məntəqələrinə dəvət etmək qərarı təxribatdır. O, beynəlxalq təşkilatların buna ciddi yanaşmayacağına ümid etdiyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” məlumat
yayıb.
"Ümid edirik ki, bu cür təxribatçı bəyanatlar beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməyəcək. Bu, təmiz təxribatdır. Təbii ki, biz bu cür təxribat xarakterli bəyanatların ayıq qiymətləndirilməsinə ümid edirik”, - Kreml nümayəndəsi bildirib.
Nizami Bağırov
Şərhlər