Bu gün Rusiya Dövlət Şurası Rəyasət Heyəti ilə Elm və Təhsil üzrə Prezident Şurasının ortaq geniş iclasında iştirak edən jurnalistlər keçid zamanı videokameraya oxşayan bir cihaz vasitəsilə yoxlanlıblar.
Qaynarinfo xəbər verir ki, jurnalistləri yoxlayan mütəxəssis bu yoxlamanın koronavirus epidemiyası ilə əlaqəli olub-olmaması ilə bağlı RİA Novosti-nin sualına müsbət cavab verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yoxlanışın "ehtiyat tədbiri" olduğunu vurğulayıb.
Hər jurnalistin yoxlanılması bir dəqiqə çəkib. İlkin məlumatlara görə, jurnalistlərin heç birində virus simptomu aşkarlanmayıb.
Hazırda 2019-nCoV koronavirus infeksiyası ilə bağlı 28,344 təsdiqlənmiş hal məlumdur, onlardan 227-si materik Çindən kənarda, o cümlədən ikisi Rusiyada qeydə alınıb. 565 nəfər virusdan ölüb, 1333 nəfər sağalaraq evə buraxılıb.