Rusiya Ukraynadakı "xüsusi hərbi əməliyyatında" potensialının yalnız kiçik bir hissəsindən istifadə edib.
Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
"Rusiyanın potensialı o qədər böyükdür ki, onun yalnız kiçik bir hissəsi xüsusi əməliyyatda istifadə olunur", deyə Peskov jurnalistlərə bildirib.
Bu arada isə Ukrayna prezidenti Volodimir Zelenski Qərb silahlarının Rusiya ilə cəbhədə öz təsirini göstərdiyini deyib və çoxsaylı rus silah anbarlarına endirilmiş zərbələr nəticəsində düşmən ordusunun hərəkətinin dayandığını bildirib.
Nurlan Hüseynov