Rusiyanın Ukraynaya qarşı döyüşmək üçün göndərdiyi işğal olunmuş ərazilərin bir qrup sakini Donbasda əsir götürülüb.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələrin Əməliyyat Qərargahının mətbuat mərkəzi Facebook-da məlumat yayıb.
"Bu gün Donetsk istiqamətində müdafiəçilərimiz Rusiya Federasiyası silahlı birləşmələrinin bir qrup nümayəndəsini əsir götürüb. Onların işğal olunmuş ərazilərin sakinləri olduğu üzə çıxıb: çilingərlər, müəllimlər, sosial işçilər. Kreml hakimiyyəti onların hamısını hərəkətə keçirib. Onları zorla və soyuqqanlılıqla top yemi kimi qabağa göndəriblər”, - məlumatda deyilir.
Məlumata o da əlavə edilib ki, bu gün Azov alayının əsgərləri Donbas çöllərində kadırovçuları layiqincə "qarşılayıblar".