“Ukrayna Milli Bankının Simferopolda dondurulmuş vəsaitləri Krımda öz fəaliyyətlərini dayandıran bank əmanətçilərinə kompensasiya kimi ödənilə bilər”. ANS PRESS-in məlumatına görə, bu barədə tanınmamış Krım Respublikasının rəhbəri Sergey Aksyonov deyib.
Aksyonov qeyd edib ki, Ukrayna dövləti üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirərsə, Ukrayna Milli Bankının Krımda əmanətləri gecikdirilməyəcək.
Xatırladaq ki, rusiyameyilli qüvvələr Krımı işğal etdikdən sonra, Krım rəhbərliyi Ukraynanın Milli Bankını ələ keçirərək ölkənin bankda saxlanılan 4,6 mlrd qriven dövlət və 3,9 mlrd şəxsi əmanətçilərin vəsaitinə həbs qoyub.