Dünya 11:33 14.02.2024

Krım yaxınlığında Rusiyanın “Sezar Kunikov” desant gəmisi vurularaq batdı

Baş Kəşfiyyat İdarəsinin pilotsuz təyyarələri Rusiyanın böyük desant gəmisi "Sezar Kunikov”u vurub. Bu, çərşənbə günü, fevralın 14-də səhər saatlarında Qara dənizdə baş verib.

Qaynarinfo xəbər verir ki, "Ukrainskaya Pravda"nın Baş Kəşfiyyat İdarəsində məlumatlı həmsöhbətlərinə istinadən verdiyi məlumata görə, uğurlu hücum nəticəsində Rusiya gəmisi batıb.

"UP-nin mənbələri bunun QUR əməliyyatı olduğunu və hava desant kompleksinin hücumu nəticəsində "Sezar Kunikov"un batdığını bildirib", - nəşr yazır.
Amma hələlik rəsmi şərh yoxdur. Ruslar da hücumla bağlı susurlar.

Qeyd edək ki, UNİAN-ın verdiyi xəbərə görə, fevralın 14-də səhər Krımda həyəcanlı şəkildə başlayıb. Yerli ictimaiyyət Yalta vilayətinin Simeiz kəndi ərazisində pulemyot atəşinin eşidildiyini bildirib.
"Krım küləyi” saytı səhər saat 7 radələrində dənizdə partlayış səslərinin eşidildiyini, lakin raket buraxılışlarının olmadığını bildirib. Şahidlərdən birinin sözlərinə görə, Rusiya gəmisinə hücum edilib.

Daha sonra dənizdə yanan bir şeyi göstərən aydın olmayan video ortaya çıxıb. Katsiveli kəndinin sakinləri güclü təkan dalğası hiss ediblər. Zədələnmiş gəminin sursatları yəqin ki, partlayır. Batan gəmini xilas etmək üçün başqa bir gəmi yaxınlaşıb və yaxınlıqda sualtı qayıq da görünür.

Alpər