Xəbər lenti

“Krıma ordu göndərməmişik” - Hudyakov
Dünya10:05 26.02.2014

“Krıma ordu göndərməmişik” - Hudyakov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Rusiya Krıma heç bir əlavə silahlı qüvvə göndərməyib”.

Bu sözü “Axar.az”a açıqlamasında Rusiya Dumasının deputatı Roman Hudyakov deyib.

O, Ukraynada heç bir hərbi əməliyyatın planlaşdırılmadığını bildirib: “Rusiya Ukraynada heç bir hərbi əməliyyat planlaşdırmır. Biz Krıma heç bir əlavə silahlı qüvvə göndərməmişik. Rusiya rus dilində danışan və bizdən kömək istəyən bütün bölgələrə köməklik etməlidir. Əgər onlar referendum keçirib Rusiyanı seçsələr, biz mütləq onları bu məsələdə dəstəkləməliyik. LDPR-ə, yəni partiyamıza gəlincə isə biz Krım müstəqil olmaq istədiyi an onu dəstəkləyəcəyik. Referendum - əsl demokratiyadır”.

Qeyd edək ki, Roman Hudyakov Jirinovskinin rəhbərlik etdiyi partiyanın üzvüdür. 

Onu da xatırladaq ki, dünən “Ural” maşınlarından ibarət rus hərbi konvoyu Krımın cənubundakı Yalta məntəqəsinə daxil olub.

Qaynar.info