Dünya 17:42 09.08.2022

Krımda hərbi aerodromda partlayış oldu

Rusiyanın ilhaq etdiyi Krımın Novofedorovka qəsəbəsində hərbi aerodromda partlayış olub.

Qaynarinfo xəbər verir ki, məlumatı UNIAN yayıb.

Bildirilib ki, Rusiyanın döyüş təyyarələri oradakı aviabazadan Xerson, Nikolayev və Zaporojye vilayətlərini bombalayırlar.

Məlumata görə, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası cəlb edilib.