Krımın Baxçasaray bölgəsində Krım Dövlət Universitetindən Aleksandr Aibabinin rəhbərlik etdiyi bir qrup elm adamı orta əsrlər Əski-Kərmən yaşayış məntəqəsinin mərkəzi meydanını kəşf ediblər.
Qaynarinfo xəbər verir ki, bu meydan məbədin qarşısında yerləşib, plitələrlə döşənmiş və uzunluğu təxminən iki metr olan daş bloklarla hasarlanıb.
Digər tapıntılar arasında arxeoloqlar dəmir alətlər, tuncdan hazırlanmış zərgərlik və geyim ləvazimatları, həmçinin keramika parçaları, o cümlədən çiçək naxışları olan bir tunc lövhə olduğunu qeyd ediblər.
Alpər