Dünya 18:54 02.03.2023

Krımın azad edilməsi strategiyasında dəyişiklik edildi - Danilov açıqladı

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Ukraynanın Krımın gələcək işğalından azad edilməsi strategiyasını dəyişəcəyini bildirib.

Qaynarinfo Pravda-ya istinadla xəbər verir ki, bu barədə Danilov Twitter-də yazıb.

"Krımın işğaldan azad edilməsi strategiyasında yeni düzəlişin vaxtıdır. İşğalın aradan qaldırılması vasitələrinin ardıcıllığı - siyasi, diplomatik, hərbi, iqtisadi və s. - prioritetlərin dəyişdirilməsini tələb edir”, - Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin tvitində deyilir.

Qeyd edək ki, rus işğalçıları müdafiəni gücləndirmək üçün işğal etdikləri Krımda istehkamlar tikirlər.

Prezident Vladimir Zelenski əmindir ki, Krımın qaytarılması ilə Ukraynaya sülh gələcək.

Alpər