Xəbər lenti

Kriştianu Ronaldunun yeni klubu açıqlandı (RƏSMİ)
İdman16:24 27.08.2021

Kriştianu Ronaldunun yeni klubu açıqlandı (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Portuqaliyalı superulduz Kriştianu Ronaldu "Mançester Yunayted"ə keçib.
Qaynarinfo xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın rəsmi saytı məlumat yayıb.
O, viza alandan və tibbi müayinədən keçəndən sonra köhnə-yeni klubu ilə münasibətləri rəsmiləşdirəcək.
Daha öncə MY-nin "bu transferin reallaşması üçün "Yuventus"a 25 milyon avro təklif etdiyi və Portuqaliya yığmasının 36 yaşlı liderinin müddəti 2023-cü ilə qədər olan anlaşmaya qol çəkəcəyi haqda məlumatlar yayılmışdı.
Ronaldu 2003-2009-cu illər aralığında sözügedən İngiltərə klubunun formasını geyinib. Mançester təmsilçisinin formasıyla 196 oyuna çıxan forvard bu matçlarda 84 qol vurub.