Xəbər lenti

KTMT ölkələri Rusiya tərəfdən Ukraynada müharibəyə qatılacaqmı? - Mənbə
Dünya06:13 18.05.2022

KTMT ölkələri Rusiya tərəfdən Ukraynada müharibəyə qatılacaqmı? - Mənbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
KTMT-nin mandatı Ukraynada xüsusi əməliyyatın gedişində təşkilatın kollektiv qüvvələrinin istifadə imkanını nəzərdə tutmur. 
Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
"Bura bizim ərazimiz deyil. KTMT qaydaları bu ərazilərdə vəsaitdən istifadəni nəzərdə tutmur. Sülhməramlı qüvvələr yalnız mandat çərçivəsində fəaliyyət göstərir", - agentliyin həmsöhbəti bildirib.
Daha əvvəl KTMT-nin baş katibi Stanislav Zas bildirmişdi ki, təşkilatın yubiley sammitində kollektiv qüvvələrin Ukraynada keçirilən xüsusi əməliyyatın gedişinə mümkün cəlb olunması məsələsi "qaldırılmayıb və müzakirə olunmayıb”.
Alpər