Xəbər lenti

Dünya 12:05 09.08.2022

Kuba tarixinin ən böyük yanğını (VİDEO)

Kuba neft terminalında baş verən yanğın davam edir. Artıq terminaldakı üçüncü neft çəni də yanmağa başlayıb.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Kubanın Matanzas əyalətinin qubernatoru bazar ertəsi gecə ölkənin əsas neft terminalında üçüncü xam neft çəninin alov aldığını və çökdüyünü açıqlayıb. Bu çəndə sızıntı baş verib və digər çənlərdəki yanğın ora keçib. Nəticədə Kuba neft sənayesi tarixinin ən böyük qəzası və yanğını baş verib.

Matanzas Kubanın xam neft və yanacaq idxal etdiyi ən böyük limanıdır. Kubanın ağır xam nefti, həmçinin Matanzasda saxlanılan mazut və dizel, əsasən ölkədə elektrik enerjisi istehsalı üçün istifadə olunur.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->