Xəbər lenti

Kurz və Merkel Əfqanıstana ümumi yanaşmaları müzakirə etdilər
Dünya12:33 03.09.2021

Kurz və Merkel Əfqanıstana ümumi yanaşmaları müzakirə etdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avstriya kansleri Sebastyan Kurz almaniyalı həmkarı Angela Merkel ilə Avropa İttifaqının Əfqanıstanla bağlı birgə hərəkətlərini müzakirə edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Parlamentskaya qazeta" nəşri yazıb.
Kurz, respublikada miqrasiya probleminin həlli üçün ümumi yanaşmanın hazırlanmasının zəruriliyini bildirib: "Avstriya bu məqsədlə 18 milyon avro ayırıb. Əfqanıstanın qonşu ölkələrinin köməyinə arxalanırıq. Eyni zamanda, biz Avropa olaraq xarici sərhədlərimizi düzgün şəkildə müdafiə etməli və vahid bir güclə birlikdə qanunsuz miqrasiyaya qarşı mübarizə aparmalıyıq".
Merkel, öz növbəsində, Almaniyanın Kabillə müntəzəm təmaslar qurmaq üçün Avropalı tərəfdaşları ilə danışıqlar apardığını qeyd edib:
"”Taliban” Əfqanıstanın demək olar ki, bütün ərazisinə nəzarət edir. Pəncşir, "Taliban” nəzarətində olmayan yeganə əyalət olaraq qalır”.
Qeyd edək ki, bir qədər əvvəl "Sputnik” radiosu Əfqanıstan səfirinin keçmiş prezident Qaninin ölkədən qaçmasının təfərrüatlarını açıqladığını xəbər vermişdi.
Xəyal