Xəbər lenti

Latviya rusiyalılara vizaların verilməsini dayandırdı - Dəfn mərasimi istisna
Dünya06:14 06.08.2022

Latviya rusiyalılara vizaların verilməsini dayandırdı - Dəfn mərasimi istisna

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Latviyanın Rusiya Federasiyasındakı səfirliyi yaxın qohumlarının dəfn mərasiminə getmək istisna olmaqla, rusiyalılara qeyri-müəyyən müddətə viza verilməsini dayandıracağını açıqlayıb. 
Qaynarinfo bu bardədə "Rosbalt"a istinadla xəbər verir.
Bundan əvvəl Avropa Komissiyası Finlandiya mətbuatına rusiyalılara viza verilməsinin məhdudlaşdırılmasının qanuni olub-olmaması ilə bağlı izahat vermişdi. AK-nın fikrincə, vizaların verilməsini tamamilə dayandırmaq mümkün deyil, onlara ehtiyacı olan vətəndaş qrupları var (məsələn, jurnalistlər və ya ailə üzvləri). Bundan əlavə, Aİ-nin ayrı-ayrı ölkələri qısamüddətli Şengen vizalarının verilməsi və ya fərdi əsasda viza müraciətlərindən imtina edilməsi barədə qərar qəbul edə bilərlər.
Bu ərəfədə məlum olub ki, Latviya Rusiya ilə iqtisadi əməkdaşlıq haqqında sazişi avqustun 1-dən dayandırıb.
Latviyaya getmək istəyən rusiyalıların Ukraynadakı xüsusi hərbi əməliyyatı pisləyən sənədi imzalamağa məcbur olması da xəbərlər arasındadır.
Alpər