Latviyanın xarici işlər naziri və yeni seçilmiş prezident Edqars Rinkeviçs hesab edir ki, Ukraynanın NATO-ya gedən yolunda əsas maneə Macarıstan yox, daha çox ölkələrin mövqeyinin qeyri-müəyyənliyidir.
Qaynarinfo xəbər verir ki, o bu barədə "Yevropeyska pravda” nəşrinə müsahibəsində bildirib https://www.youtube.com/watch?v=WvUhApLEpwY
Rinkeviç qeyd edib ki, Ukraynanın Şimali Atlantika Alyansına daxil olması üçün əsas maneə Ukraynanın özü və ya Rusiyanın "vetosu” deyil, NATO-da daxili müzakirələrdir.
"Səbəb odur ki, hazırda NATO-ya üzv dövlətlərin bir çox paytaxtlarında müharibə edən dövlətin Alyansa qoşulması ilə bağlı vəziyyətlə nə edəcəyi və bunun 5-ci maddə kontekstində nə demək olduğu barədə kifayət qədər aydın anlayış yoxdur. Açıq deyəcəm: bu, əsas sualdır. Və bu, bir çox üzv dövlətlərin cavab verə bilmədiyi sualdır və onlar özləri üçün bu cavabı almayana qədər, eyni masa arxasında və digər NATO üzvləri ilə cavab verə bilməyəcəklər”, - deyə Edqars Rinkevişs bildirib.
Onun fikrincə, əgər bu mövqe formalaşıbsa, o zaman hətta rəsmi Budapeştin rəyi də maneə olmamalıdır.
"İnanıram ki, yekun qərar qəbul etmə prosesinə gəldikdə, istisnasız olaraq bütün müttəfiqlərin razılaşacağına inanıram. Amma indi bu əsas məsələ bir maneədir. Müharibə aparan bir ölkə var. NATO-nun "beşinci maddə”si var. Və indi bir-dövlət deyil, bir çox dövlətlər bunun Alyans üçün nə demək olduğunu anlamağa çalışırlar. Bir çox paytaxtlarda bu suala hələ də yaxşı cavab yoxdur və biz bunu başa düşməliyik", - deyə o əlavə edib.
Rinkeviçs qeyd edib ki, Latviya Ukraynanın gələcəyini NATO-da görür və öz tərəfdən bunun baş verməsi üçün əlindən gələni edəcək.