Xəbər lenti

Lavrov Kerri ilə görüşdən sonra kəskin danışdı
Dünya08:18 26.07.2016

Lavrov Kerri ilə görüşdən sonra kəskin danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri ilə terrorla mübarizəni müzakirə ediblər. 

"Qaynarinfo.Az" rus mətbuatına istinadən xəbər verir ki, onlar Suriyadakı vəziyyətin nizamlanmasından və ikitərəfli əlaqələrdən danışıblar. 

Danışıqların nəticəsi olaraq, Sergey Lavrov bildirib ki, ABŞ hələ də Suriya müxalifəti ilə terrorçuların kriteriyasını ayırd edə bilməyib:"Amerikalı tərəfdaşlar ilin əvvəlindən bizi inandırırlar ki, əməkdaşlıq etdikləri müxalifət qüvvələrini terrorçulardan ayıracaqlar. Hələ ki bu, baş verməyib".

Lavrov həmçinin deyib ki, Suriya probleminin həlli üçün nəzərdə tutulmuş Cenevrə danışıqları mümkün qədər tez baş tutmalıdır:"Dəməşq müxalifətlə işləməyə hazırdır, lakin onlar hələ də qeyri-konstruktiv mövqe tuturlar. Heç bir təkliflə çıxış etmirlər, yalnız ultimatumla danışırlar, hansı ki, biz bilirik ki, yaxşı heç nəyə aparmır".  

Qızılgül

Qaynarinfo.Az