Xəbər lenti

Lavrov Lozannada Kerri və Çavuşoğlu ilə görüşəcək
Dünya05:32 15.10.2016

Lavrov Lozannada Kerri və Çavuşoğlu ilə görüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya xarici işlər naziri Sergey Lavrov İsveçrənin Lozanna şəhərində Suriya üzrə görüş çərçivəsində ABŞ dövlət katibi Con Kerri və Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə ikitərəfli görüşlər keçirə bilər.

Bu barədə Rusiya XİN-dəki mənbə bildirib.
 
"Bu kimi görüşlərin baş tutması nəzərdə tutulub", deyə mənbə bildirib.
 
Bu gün İsveçrənin Lozanna şəhərində ABŞ, Rusiya və bir sıra ölkələrin iştirakı ilə Suriyaya dair görüş keçiriləcək. Çoxtərəfli danışıqların əsas mövzusu kimi Suriyada atəşkəs rejiminə nail olunması göstərilir.(APA)

Qaynarinfo.Az