
NBC televiziyasında proqramda iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və ABŞ prezidentlərinin görüşü barədə yayılan xəbərlərə lağ edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Lavrov "Prezidentlər görüşlər başlamamışdan əvvəl gözləmə otağında da bir yerdə olublar, deməli 3 dəfədən çox görüşmə ehtimalları var. Bəlkə də, tualetə də bir yerdə gediblər" deyib. O, həmçinin bildirib ki, ABŞ prezidenti Donald Trampı gözdən salmağa çalışırlar.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin "Böyük 20-lik" ölkələrinin sammitində ilk dəfə görüşüblər. Görüşdən bir neçə gün sonra isə tərəflərin mediadan xəbərsiz 2-ci dəfə görüşdükləri iddia edilib.
Gülşən
Qaynarinfo.Az