Xəbər lenti

Lavrov Rubionun
Dünya 13:45 11.07.2025

Lavrov Rubionun "yeni Ukrayna planı"na münasibət bildirməkdən imtina etdi

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə Malayziyada keçirdiyi görüşdə nə müzakirə etdiklərini açıqlayıb.

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, Lavrov, xüsusilə, Rubionun Ukrayna üzrə "yeni planı” barədə dediklərini şərh etməkdən boyun qaçırıb və Rusiyanın müharibənin dayandırılması ilə bağlı hansı təklifləri Donald Trampa ötürdüyü sualına cavab verməkdən imtina edib.

Bununla belə o, Rubioya Rusiyanın Ukrayna ilə bağlı əvvəlki mövqeyini bir daha təsdiqlədiyini deyib:
Rusiya
"Biz Ukraynanı müzakirə etdik, biz prezident Putinin ifadə etdiyi mövqeyi, o cümlədən iyulun 3-də prezident Tramp ilə söhbətində bir daha dilə gətirdiyi mövqeyi təsdiqlədik”, – deyə Lavrov bildirib.

Lavrov əlavə edib ki, guya Rubioya "Zelenski, Şmıqal, Yermak və Podolyakın sitatlarından ibarət, ingilis dilinə tərcümə edilmiş kiçik bir seçmə” təqdim edib. Onun sözlərinə görə, bu sitatlarda "rusları hüquqi, daha yaxşısı isə fiziki baxımdan məhv etməyin vacibliyi” açıq şəkildə ifadə olunub.

Xatırladaq ki, Malayziyada ASEAN sammiti çərçivəsində Rusiya və ABŞ xarici işlər nazirləri – Sergey Lavrov və Marko Rubio arasında görüş baş tutub.

Görüşdən sonra Rubionun jurnalistlərə verdiyi açıqlamada qeyd edilib ki, o və Lavrov Ukrayna üzrə sülh danışıqları ilə bağlı yeni ideyalar mübadiləsi aparıblar:
"Məncə, bu, yeni və yaxşı yanaşmadır. Mən bunu sülhü təmin edəcək bir şey adlandırmazdım, amma bu, prezidentə təqdim edəcəyim bir konsepsiyadır”, – deyə Rubio vurğulayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->