Xəbər lenti

Lavrov: "Tanqo iki nəfərlik rəqsdir, ABŞ isə "break dance" oynayır"
Dünya12:31 01.09.2017

Lavrov: "Tanqo iki nəfərlik rəqsdir, ABŞ isə "break dance" oynayır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın San Fransiskoda yerləşən Rusiya konsulluğunu bağlamaq qərarına münasibət bildirib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Moskva Diplomatik Universitetində çıxış edən Lavrov "Bu addım ABŞ prezidenti Donald Trampın seçki qabağı Rusiya ilə əlaqələri normallaşdırmaq vədinə mane olanlar tərəfindən atılıb" deyib. 

Nazir "ABŞ ilə münasibətləri korlamaq niyyətimiz yoxdur, ABŞ xalqına qarşı həmişə dost münasibəti göstərmişik, indi də maraqlarımıza uyğun formada dialoq qurmaq istəyirik. Aramızdakı siyası problemin aradan qalxmasını istəyirik, lakin bildiyimiz kimi tanqo iki nəfərlik rəqsdir, ABŞ isə "break dance" oynayır" fikirlərini səsləndirib. 

Qeyd edək ki, ABŞ bu qərarı Rusiyanın ölkədəki ABŞ diplomatlarının sayını 755-ə endirmək qərarına cavab olaraq qəbul edib.

Gülşən

Qaynarinfo.Az