Xəbər lenti

Lavrovla Mirzoyan telefonda nəyi müzakirə edib... - Yüksək səviyyəli görüş?
Siyasət14:55 02.11.2021

Lavrovla Mirzoyan telefonda nəyi müzakirə edib... - Yüksək səviyyəli görüş?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Lavrovla Mirzoyanın telefon danışığı Azərbaycanla Ermənistan arasında yüksək səviyyəli görüşə hazırlıq məqsədi daşıyır”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Rusiya Xarici İşlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında olan telefon danışığını şərh edərkən deyib:
"Yaxın günlərdə Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli görüşün keçirilməsi gözlənilir. Bu münasibətlə həmin görüşə hazırlıq gedir. Düşünürəm ki, Rusiya xarici işlər naziriylə Ermənistan xarici işlər naziri arasında olan telefon danışığında da bu məqamlar müzakirə olunub. Düzdür, Rusiya Prezidentinin rəhbərliyi ilə Azərbaycan prezident və Ermənistan baş naziri arasında yüksək səviyyəli görüşün olacağı rəsmən təsdiq olunmayıb. Amma fikrimcə, məlumat verilməsə də, hazırda belə bir yüksək səviyyəli görüşə hazırlıq gedir.  Adətən onlar Azərbaycanla Ermənistan arasında baş verən hadisələri və digər başqa məsələləri müzakirə edirlər. İndilikdə isə elə bir ciddi məsələ yoxdur ki, Lavrovla Mirzoyan telefon danışığında onu müzakirə etsin. Ona görə düşünürəm ki, Lavrovla Mirzoyanın telefon danışığı məhz Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli görüşə hazırlıq məqsədi daşıyır”. 
Rüfət Sultan