
"Avromaydan" fəalları Kiyevi mərkəzində bir müddət əvvəl sökülən Leninin heykəlinin yerinə unitaz qoyublar.
Qaynar.info-nun məlumatına görə, aksiya iştirakçıları bildiriblər ki, qoyduqları abidə cinayətkar rejimi, lyuks həyatı və korrupsiyanı əks etdirir.
"Qızıl unitaz"ın qoyulması rəqibləri tərəfindən Viktor Yanukoviçə bir çağırışdır. Hələ 2012-ci ildə mətbuatda Yanukoviçin iqamətgahına dəbdəbəli ayaqyolu quraşdırılması ilə bağlı xəbər yayılmışdı. Həmin tualetin yarımqiymətli daşlardan hazırlandığı və qiymətinin də 350 min avro olduğu bildirilmişdi.
Qaynar.info